20.03.2014. - Novruz bayramı millətlərarası dostluğu gücləndirir (VİDEO)

20.03.2014. -  Novruz bayramı millətlərarası dostluğu gücləndirir (VİDEO)Azərbaycan diasporu tərəfindən Moskva ətrafında yerləşən Domodedovo şəhərində təşkil edilən Novruz bayramı şənliyində Azərbaycan, Belarus, Qazaxıstan və Tacikistanın Rusiyadakı səfirləri, diaspor təmsilçiləri və Rusiyanın tanınmış ictimai və siyasi xadimləri iştirak edirdi.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Novruzun başqa bayramlardan fərqli olaraq təbiətin insanlara bəxş etdiyi bir bayram olduğuna diqqət çəkərək, qədim tarixə malik olan bu bayramın həm də sülh, təmizlənmək və xeyirxahlıq bayramı olduğunu dedi.

Tədbir Azərbaycanın və Rusiyanın tanınmış artistlərinin iştirakıyla baş tutan konsert proqramı ilə davam etdi. Milli rəqslər isə qonaqlara tam bir bayram əhvalı yaşatdı.

Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov: “Birinci biz öz mədəniyətimizi, öz musiqilərimizi, adət-ənənələrimizi burda Rusiyada yaşadırıq və bunu rus xalqına çatdırmalıyıq. Biz həmişə bütün məclislərimizə çağırdıqlarımızın 70 faizini ruslar təşkil edir və onlara Azərbaycan xalqının, mədəniyyətinin nələrə qadir olduğunu göstəririk. Mən belə hesab edirəm ki, bu çox böyük inkişafdır və 10 il də belə davam etsə, məncə Azərbaycan mədəniyyətini daha yüksək səviyəyə çatdıra bilərik”.

20.03.2014. -  Novruz bayramı millətlərarası dostluğu gücləndirir (VİDEO)
20.03.2014. -  Novruz bayramı millətlərarası dostluğu gücləndirir (VİDEO)









Domodedovo şəhərinin icra başçısı Dmitri Qrodetski: “Bugünkü bayramın keçirildiyi Bor müalicə mərkəzi Sovet İttifaqının ən yaxşı müalicə mərkəzlərindən sayılırdı və burda dincələnlər sovet respublikalarını təmsil edən seçilmiş insanlardır. Mən bugünkü tədbirdə o zamankı dostluğumu yenidən hiss etdim. Novruz kimi bayramlar bizi yenidən birləşdirir, aramızdakı dostluğu gücləndirir. Qoy bu dostluğumuz əbədi olsun və belə bayramlarımız bol olsun”







Fikirlər