Keçmiş İCRA başçısının VİLLASI muzey oldu

Bu yaxınlarda Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun işlədiyi dövrdə orada inşa etdirdiyi dəbdəbəli villası bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək.

"Qafqazinfo" bildirir ki, villa Salyan şəhərinin mərkəzində yerləşir.

Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.






Fikirlər