Psixoterapevt: “Yeniyetməlik dövründə UŞAQLARA CİNSƏL HƏYATI anlatmaq lazımdır”

Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş vermiş xoşagəlməz hadisə bir neçə gündür sosial mediada müzakirə olunur, eləcə də bəzi xəbər saytlarının gündəmini məşğul edib

Xatırladaq ki, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan C.R. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bu hadisə kimlər tərəfindənsə telefonla videoya çəkilərək, sosial şəbəkələrdə yayılıb.

Bu məsələ cəmiyyət üçün əslində ciddi siqnaldı. Xüsisilə də eyni yaş qrupunda olan yenıyetmələrin valideynləri üçün. “Ərgənlik dönəmi keçirən uşaqlarla necə davranılmalıdır” sualının cavabını türkiyəli psixoterapevt Çiğdəm Karakuşla araşdırdıq. 
Modern.az saytı onunla söhbəti təqdim edir: 

Ərgənlik 13 yaşdan 22 yaşa qədər olan dövrdür. Valideynlərə qarşı üsyanla başlayan bu vəziyyət, elə valideynlərin davranışı ilə formalaşmağa başlayır. Bu dövrdə yeniyetmə övladınız "mən bir fərdəm, mənim hər işimə qarışa bilməzsiniz" kimi sözlər deməklə böyüdüyüklərini başa düşməyinizi istəyir. Hər fikirlərinə və istəklərinə  "yox" cavabı alan yeniyetmələr kimliklərini yaratmaqda çətinlik çəkərlər”. 

Yeniyetməlik dövründə uşaqların  fiziki dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkdiyini deyən Çiğdəm Karakuş bildirib ki, qizlarla oğlanlar bu dönəmi eyni keçirmir:

Yetkinlik yaşına çatmayan qızlarda fiziki və hormonol dəyişikliklər onları fərqli edir. Oğlanlar üzlərindəki saqqalı və vücudlarındakı fiziki dəyişiklikləri görüncə, “artıq böyüdüm” eqosuna başlayır. Bu dəyişikliklər hər iki cinsin psixologiyasına ciddi təsir edir. Qızlar bu dönəmi daha ağır keçirir. Uzanan boylarını, böyüyən gövdələrini saxlamağa çalışırlar. Kənardan onlara dikilən əks cinsin baxışı beyinlərində fərqli siqnallar oyadır”.

Psixoterapevt bildirir ki, uşaqların yeniyetməlik dönəmində ailələrin üzərinə ciddi vəzifə düşür. Çünki bu dövr fərdin yetişməsi dövrüdür.

“Əgər ailə sərtdirsə, uşağın da etirazı sərt şəkildə olur. Ana ataya etiraz edə bilməsə belə, uşaq bu enerjisini çöldə yaşıdlarından çıxarır. Bəzən isə əksinə, içinə qapanar ki, bu daha təhlükəli tendensiyadır. O uzdən uşaqları qaydalara uyğun böyütməklə yanaşı, onlara həyatı anlatmaq lazımdır. Eyni zamanda, uşaqları dinləmək, onlarla böyük insanlar kimi məsləhətləşmək, bir sözlə, yetişkin uşaqlarla cəmiyyətin lazımlı fərdi kimi davranmaq lazımdır. "Sən uşaqsan, nə başa düşürsən?" cümləsi yerinə "biz belə bir iş görmək istəyirik, sən nə düşünürsən?" cümləsi qurularsa, bu daha doğru olar. Uşaqların şəxsiyyət kimi formalaşmasında valideyinlərin rolu əvəzedilməzdir. Uşaq kontrollu şəkildə azad buraxılmalıdır”. 

Çiğdəm Karakuş deyir ki, yeniyetməlik çağında istər qız, istər oğlanlarım  cinsəl kimliyinin fərqinə varır: 

Hər iki cins bu məsələlərlə ciddi ilgilənməyə başlayır.  Uşaqlar psixologiyalarını pozan saytlardan və ya kənarda "böyük qardaşlarından",  ya da "bacılarından" dərs almağa başlayır. Bunun qarşısını almaq üçün ailə uşaqlarına ərgənlik dönəmi ilə baglı kitablar almalı, özləri bilgiləndirlməli, gərəkirsə, pedaqoqdan və ya psixoloqdan dəstək istəməlidir. 

Ana və atanın davranışlarını da unutmaq olmaz. Onların arasındakı münasibət ailənin təməl daşıdır. Əgər onlar problem yaşayırsa, evdə fiziksəl və mənəvi şiddət varsa, bu, uşaqların da problemli olacağı qaçılmazdır. 
Evdə cinslərin bir-birinə sayğı göstərmədiyini görən yeniyetmədən kənarda hansı hörməti gözləyirsiniz? Zatən bir uşagın ruhsal sıxıntısı olanda biz öncə ailəni araşdırırıq. Qısaca yaxşı bir gənc yetişdirmək üçün öncə ana-ata münasibəti sağlam olmalıdır. Deyim ki, ərgənlik çağında çalxantıların olması normaldır. Bunları əngəlləməkdə xətadır, tamamilə boş vermək də həmçinin”.
  Psixoloq yeniyetmə çağındakı gənclərin qarşı cinsə marağının tənzimlənməsi ilə bağlı da danışıb:

Məsələn sizin bəhs etdiyiniz xoşagəlməz olay. Bunlar gözlənilən hallardlr. Amma bu halların qarşısın məhz ailədə alınır. Bir az əvvəldə demişdim, ailə qızını və ya oğlunu qarşı cinsdən çəkindirməməlidir. Amma hər iki tərəfə davranış qaydasını öyrətməlidir. Tam detallara girmirəm, bunu uşaqların beynində fərqli formalaşdırmaq lazımdır. Zatən ərgən qız və ya oğlan cinsəl məsələlərə maraqlı olur. Bu dönəmi doğru şəkildə atlatmaq üçün öncə valdeynlər maariflənməli, sonra uşaqları maarifləndirməlidirlər. 
Eyni zamanda, məktəblərdə  6-cı sinifdən sonra cinsəl məsələlərlə bağlı psixoloqlar və pedaqoqlar dərs verməlidir. Deyə bilərsiniz 6-cı sinif çox kiçik deyilmi? Əsla! Çünki yaşam şəklimiz və inkişafda olan texnologiya ərgənlik yaşına və beyninə də təsir edib

 AzerTaym.az






Fikirlər