VİLAYƏT Eyvazov aprelin 3-də HESABAT verəcək
Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib. Modern.az-ın məlumatına görə, Milli Məclisin aprel 3-də keçiriləcək iclasında Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq. Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək. AzerTaym.az