OSMAN MİRZƏYEVİN adı oxuduğu məktəbdən götürüldü

190sayli-mekteb-osmanmirzeyev 

Azərbaycanın tanınmış telejurnalisti, mərhum Osman Mirzəyevin adı məzunu olduğu 190 saylı məktəbdən götürülüb. Bu barədə onun qızı, hazırda Amerikada yaşayıb fəaliyyət göstərən Sevin Osmanqızı feysbukda məlumat yayıb.

“Atam Osman Mirzəyevin adı onun məzunu olduğu və 25 ildən bəri adını daşıyan 190 nömrəli məktəbin üzərindən götürülüb. Məktəbin içərisində onun həyat yolunu işıqlandıran guşə isə Heydər Əliyev muzeyi ilə əvəz edilib. Sanki az imiş H.Əliyev muzeyi.

Vətən uğrunda canından keçən şəhidə hörmət budurmu? Bunu edənlər bu təhsil ocağının tarixini, onu nümunəvi etmək üçün 40 il can qoymuş direktoru Sona Tağıyevanı, veteran müəllimlərini tanıyırlarmı? Axı bu məktəb mən də daxil, bir deyil, bir neçə nəsil 190 məzununun həyatının ayrılmaz hissəsidir. Bu fəxr ediləsi tarixi necə silib atmaq olar?!”, – deyə S.Osmanqızı qeyd edib.

Atam Osman Mirzəyevin adı onun məzunu olduğu və 25 ildən bəri adını daşıyan 190 nömrəli məktəbin üzərindən götürülüb. Məktəbin içərisində onun həyat yolunu işıqlandıran guşə isə Heydər Əliyev muzeyi ilə əvəz edilib.

Vətən uğrunda canından keçən şəhidə hörmət budurmu? Bunu edənlər bu məktəbin tarixini, onu nümunəvi etmək üçün 40 il can qoymuş direktoru Sona Tağıyevanı, veteran müəllimlərini tanıyırlarmı? Axı bu məktəb mən də daxil, bir deyil,bir neçə nəsil 190-çının həyatının ayrılmaz hissəsidir. Bu tarixi necə silib atmaq olar?

 

AzerTaym.az






Fikirlər