“Kontakt Home” müştərini hədələyir - ŞİKAYƏT

“Kontakt Home” mağazalar şəbəkəsi kreditoru məhkəmə ilə hədələyir

 AzerTaym.az Politika.Az-a stinadən verilən məlumata görə, Əfsanə Hüseynova bir il əvvəl mağazadan kreditlə notbuk götürüb. Onun sözlərinə görə, gecikməsiz bir il ərzində krediti ödəyib.

Ə.Hüseynova qeyd edir ki, krediti iki aydır bitirib, ondan devalvasiyaya görə 100 manat məzənnə haqqı tələb olunur:

“Mənim 1000 manatdan artıq xərcim çıxdı. Məndən əlavə istənilən pulu ödəmək istəmirəm. Şirkət buna görə məni məhkəmə ilə təhdid edir. Çünki notbuku kreditlə götürəndə dolların məzənnəsi qalxmamışdı”.

Şikayətçi bildirib ki, onun məsələdən xəbəri olmayıb və məhkəmədə hüquq müstəvidə mübarizə aparacaq. Qeyd edək ki, fevralda manatın üzən məzənnəyə keçidindən sonra kredit borcu olanlar çıxılmaz vəziyyətlə üzləşib.

Dollarla ödəniş edənlər üçün məbləğ ikiqat artıb, müqavilədə məzənnəyə görə dəyişiklik müddəası ilə üz-üzə qalanlar isə Ə.Hüseynova kimi məhkəmələrdə mübarizə aparmalı olur






Fikirlər