Diqqət: WhatsApp görüntülü danışıqla bağlı yaranan fırıldaqçılıq!

Bir müddətdir hər kəsin gözlədiyi və artıq dünən aktiv hala gələn WhatsApp video zənglər istifadəçiləri sevindirdi.
Unikal.org-un məlumatına görə, dünən artıq çoxdandır gözlənilən WhatsApp video zənglər aktivləşdi. Bu yeniliyə olan marağı nəzərə alan bəzi şəxslər onu manipulyasiya etməyə başlayıb.
Bu vəziyyətlə inkişaf ölkələrin istifadəçiləri qarşılaşıb. Beləki, istifadəçilər sadəcə WhatsApp-a gələn yenilənməni etməklə və ya Play Store-a daxil olaraq WhatsApp yenilənməni seçərək video zəngi asanlıqla aktivləşdirə bilirdilər.
Amma bəzi şəxslər bir çoxlarının şəxsi məlumatlarını ələ keçirmək üçün "görüntülü axtarış xüsusiyyətinə sahib WhatsApp tətbiqini endir”başlığında linkə yönləndirirlər. İstifadəçi linki aktivləşdirmək istədikdə sizdən4 nəfəri dəvət etməli olduğunuz haqda bildiriş gəlir. Təbii ki, bu da daha çox şəxsin məlumatlarını ələ keçirməyə yönəlib.technote.az

 






Fikirlər