Azərbaycanlı məmurun qohumu ilə Rusiyalı biznesmenin qızı qəzada həlak oldular — FOTOLAR

Azərbaycanlı məmurun qohumu ilə Rusiyalı biznesmenin qızı qəzada həlak oldular — FOTOLAR

İsveçrədə tanınmış rusiyalı biznesmen Platon Lebedovun 19 yaşlı qızı azərbaycanlı ilə birgə ağır yol AzerTaym.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət etdiyi ehtimal edilən BMW markalı avtomobil körpüdən gölə aşıb. Qəzada ölən sürücü isə Diananın dostu olaraq təqdim edilən azərbaycanlı 23 yaşlı Azər Yaqubov olub. Şahidlər olmadığı üçün batan avtomobili tapmaq üçün bir neçə saat vaxt sərf edilib.

Rusiya mətbuatı A.Yaqubovun Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlınskinin yaxın qohumu olduğunu yazır. Qeyd edilir ki, S.Şıxlinski bu yaxınlarda “Vətənə xidmət” ordeni ilə təltif edilib.

Qəzada həlak olan sürücü Yaqubovun İsveçrədə Amerika məktəbində magistr təhsili aldığı qeyd edilir.

Hazırda meyitin təsdiqlənməsi üçün Yaqubovun qohumları İsveçrədədirlər.

A.Yaqubovun atası isə açıqlama verərək oğlu ilə sonuncu dəfə ölümündən bir gün əvvəl danışdığını deyib. Atasının sözlərinə görə, oğlu heç vaxt spirtli içkidən istifadə etməyib.

 






Fikirlər