02.06.2014.- Bakıda yağış və tufan gözlənilir

02.06.2014.- Bakıda yağış və tufan gözlənilir 3-5 iyun tarixlərində Bakıda və Abşeronda yağış və tufan gözlənilir.

"AzerTaym.az" “Turan”-a istinadən bildirir ki, havanın temperaturu 5 dərəcə aşağı düşəcək və gecə təxminəm 15, gündüz 22-26 dərəcə isti təşkil edəcək .

Hava şəraitinin iyunun 3-də günün ikinci yarısından etibarən pisləşəcəyi gözlənilir.

Ölkənin rayonlarında da yağış yağacağı, tufan olacağı, temperaturun 5-7 dərəcə aşağı düşəcəyi gözlənilir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar atmosfer təzyiqinin xeyli tərəddüdü, iyunun 3-ü axşam və 4-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.






Fikirlər