20.05.2014. - XƏBƏRDARLIQ -HAVA DƏYİŞƏCƏK!

20.05.2014. - XƏBƏRDARLIQ -HAVA DƏYİŞƏCƏK!Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, yağış yağacağı ehtimalı var.
T
emperaturun gecə 15-20°, gündüz 23-28° isti, Bakıda gecə 18-20°, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcəkdir
.


Xəbərdarlıq

Anomal isti hava şəraitindən sonra mayın 20-də Bakıda və Abşeron yarımadasında temperaturun 5-8° aşağı enəcəyi, mayın 23-dək qeyri-sabit, küləkli keçəcəyi gözlənilir. Əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Havanın temperaturu gündüz saatlarında 21-26° təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 11-16°, gündüz 25-30° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Temperatur gecə 8-13°, gündüz 18-23° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı vadır. Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaqr.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Temperaturu gecə 16-21°, gündüz 25-30° isti olacaqr.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Temperatur gecə 16-19°, gündüz 23-28° isti, dağlarda gecə 11-16°, gündüz 18-23° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın iki gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü və güclü küləkli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.
/azertag.com/






Fikirlər