20.08.2014- Beyləqanda “İlham” şüarları və YAP bayraqları ilə etiraz aksiyası - (Video)

20.08.2014-  Beyləqanda “İlham” şüarları və YAP bayraqları ilə etiraz aksiyası - (Video)Beyləqanlılar şəhərə aparan yolun təmir olunması tələbi ilə etiraz aksiyası keçiriblər. Virtualaz.org bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat və video yayılıb.

Aksiyada onlarla adam iştirak edib. Polisin müdaxilə cəhdi onları daha da aqressivləşdirib.

Maraqlıdır ki, aksiya iştirakçılarının əllərində “İlham” yazılmış şüarlar və hakim Yeni Azərbaycan Partiyasının bayraqları olub.

Onlar yerli məmurlardan yolun təmir olunmasını tələb ediblər. Aksiyanın keçirildiyi müddətdə nəqliyyatın hərəkəti dayandırılıb.







Fikirlər