24.02.2014. - Ukraynada Timoşenko əleyhinə etiraz aksiyası keçirildi (VİDEO)

24.02.2014. -  Ukraynada Timoşenko əleyhinə etiraz aksiyası keçirildi (VİDEO)
24.02.2014. -  Ukraynada Timoşenko əleyhinə etiraz aksiyası keçirildi (VİDEO)














Ukaryananın paytaxtı Kiyevdə həbsdən buraxılan siyasi lider Yuliya Timoşenko əleyhində etiraz aksityası keçirilib.
AzerTaym.az ANS-ə istinadən xəbər verir ki, Ali Radanın qarşısında toplanan bir qrup etirazçı artıq siyasətdə yeni simalar görmək istədiklərini deyərək keçmiş baş nazirin siyasi arenadan uzaq olmasını tələb ediblər.
“Biz hökumətdə köhnə siyasətçiləri görmək istəmirik. Daha nə qədər üsyan edəcəyik? 2004-cü ili unutmamışıq. Bir vaxtlar onlar da hökumətdə idi, artıq bəsdir”.
Növbəti etirazçı quldurun başqa bir quldurla əvəz olunmasını istəmədiklərini deyib:
“Ukrayna yeni bir rəis yox, yeni bir gələcək istəyir. Biz bir qrup quldurun başqaları ilə yer dəyişməsini görmək istəmirik. Müxalifət özünü yenidən gözdən keçirməlidir. Kimə səs veririk, kimi seçirik, bu şəxslər bizi təmsil edirmi? – bunu bilmək istəyirik”.
Timoşenkonun da bir vaxtlar hakmiyyətdə olduğunu deyən bir etirazçı isə hakimiyytdə üsyançılardan birinin olmasını istədiklərini deyib:
“Yeni simalar görmək istəyirik. Onlar üsyana dəstək verənlərin arasından olmalıdır. Aksiyaçılar siyasətçilərin uğrunda yox, öz azadlıqları uğurunda canlarını fəda ediblər. Yuliya da bir vaxtlar hökumətin başında idi. Amma heç nəyi dəyişdirmədi”
.
Qeyd edək ki, Yanukoviçin vəzifəsindən uzaqlaşdırılmasından sonra prezidentin səlahiyyətlərini müvəqətiu olaraq Ali Radanın sədri Aleksandr Turçinov icra edir.







Fikirlər