27.01.2014. - Ədliyyə Nazirliyinin binası ələ keçirildi (VİDEO)

27.01.2014. -  Ədliyyə Nazirliyinin binası ələ keçirildi (VİDEO)
27.01.2014. -  Ədliyyə Nazirliyinin binası ələ keçirildi (VİDEO)

Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır. Bir qrup naməlum şəxs Qorodesk şəhərində yerləşən Ədliyyə nazirliyi binasına basqın edərək, ələ keçirib. Məlumatı Kiyev millisinin mətbuat xidməti təsdiqləyib. Ədliyyə Nazirliyi binasına doluşan etirazçılar çox keçmədən özünümüdafiə məqsədilə bina qarşısında barikadalar qurmağa başlayıb.

Bundan əvvəl radikallar şəhər mərkəzində Ukrayna mədəniyyət evini öz nəzarətlərinə götürüb. Mədəniyyət evi etirazçılar üçün bir yardım mərkəzinə çevrilib.Ukrayna müxalifət lideri, Arseniy Yatsenyuk prezidentin ona baş nazir postunu təklif etməsinə baxmayaraq, etiraz aksiyalarının davam edəcəyini bəyan edib. Yatsenyuk müxalifətin ümumilikdə rəhbərliyi qəbul etməyə hazır olduğunu, habelə bir sıra vacib tələblərin, xüsusilə növbədənkənar seçkilərin keçirilməli olduğunu vurğulayıb.

Dünən həmçinin minlərlə insan, polislə toqquşmalar zamanı həlak olmuş anti-hökümət nümayişçisinin yas mərasiminə qatılıb. Meydanda Belarusdan olan ölmüş tələbəni “qəhrəman” sədaları ilə qarşılayıblar. Müxalifət Jiznevski və digər 2 fəalın milisin açdığı güllədən öldüyünü iddia edir.






Fikirlər