Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq

Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq Həftənin ilk iş günü Azərbaycanda hava küləkli və soyuq olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi normadan yüksək olacaq, nisbi rütubət 85-95 faiz edəcək.

Azərbaycanın bölgələrində arabir yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-28 metrədək güclənəcək, dağlarda sulu qar və qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.


Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq






Fikirlər