Noyabrın son günü Azərbaycanda hava necə olacaq?

Noyabrın son günü Azərbaycanda hava necə olacaq?Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və axşam çiskinli az yağıntı olacağı ehtimalı var. Cənub küləyi 7-12 m/s, gündüz arabir 15-17 m/s olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, havanın temperaturunun gecə 4-6°, gündüz 6-10° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperatur gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Noyabrın son günü Azərbaycanda hava necə olacaq? Tərtər, Ağdam, Füzuli və Cəbrayıl,Qazax, Gəncə, Goranboy, rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperaturun gecə 2-5°, gündüz 5-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperatur gecə 5-7°, gündüz 7-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-4° isti təşkil edəcək.






Fikirlər