Bu günün hava proqnozu

Bu günün hava proqnozuNoyabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

AzerTaym.az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.Cənub küləyi 5-10 m/s, gündüz arabir 14 m/s olacaq.Temperaturun gecə 8-12° isti, gündüz 14-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə duman olacaq.Şərq küləyi 3-8 m/s olacaq.Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Şərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 4° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.
Şərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq.Şərq küləyi 5-10 m/s olacaq.Temperatur gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Şərq küləyi 5-10 m/s olacaq.Temperaturun gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq.Şərq küləyi 3-8 m/s olacaq.Temperaturun gecə 8-11° isti, gündüz 14-17° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.






Fikirlər