Bakıda kişi və QADINI maşın VURDU

Bakıda kişi və qadını maşın vurdu

Gecə saatlarında Bakının Nərimanov və Binəqədi rayonları ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

“Report” xəbər verir ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Əliyev Kənan Əbdüləli oğlunu minik avtomobili vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Digər hadisə isə Binəqədi rayonunun Xocasən qəsəbəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Novruzova Firuzə Şahhüseyn oğlu yol kənarında hərəkətdə olan zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi