“XƏLİL Rzanın və TƏBRİZ Xəlilbəylinin ruhundan üzr istəyirəm” – KƏRAMƏT Böyükçöl

 Image result for – Kəramət Böyükçöl

Gənc yazar Kəramət Böyükçöl bir neçə gün öncə sosial şəbəkədə status yazaraq Xəlil Rza Ulutürkü təhqir etdiyinə görə üzr üstəyib. 

AzerTaym.az xəbər verir ki, Kəramət Böyükçöl yenə öz feysbuk hesabında fikirlərinin yanlış olduğunu söyləyib və Xəlil Rza Ulutürkü sevənlərdən üzrxahlıq edib.

Gənc yazarın üzrxahlıq mesajını təqdim edirik: "Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiyalar göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yanlış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbriz Xəlilbəylinin ruhundan, onların ailəsindən, eyniu zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük qüdrətlidir".






Fikirlər