Bakıda partlayış — Yaralı var / FOTOLAR + YENİLƏNİB

Bakıda partlayış

Nəsimi rayonunda qaz sızması partlayışa səbəb olub.Nəsimi rayonunda baş verən partlayışa yaralanan şəxsin kimliyi müəyyənləşib

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədovun AzerTaym.az verdiyi açıqlamaya görə, səhər radələrində təcili tibbi yardım maşını ilə 57 yaşlı Mahmudov Zahid Şükür oğlu bədənin çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. 

İlkin müayinə zamanı məlum olub ki, Z.Mahmudovun bədəni 90 faiz yanıb, vəziyyəti  ağırdı.

***

"AzerTaym.az" xəbər verir ki, hadisə rayonun Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanın zirzəmisində  baş verib.

 Fəhlə zirzəmidə işığı yandırmaq istəyərkən qaz partlayıb.

 Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub. 

Hüquq-mühafizə orqanlarından AzerTaym.az-a verilən məlumata görə, hadisə yerində bir nəfər fəhlə xəsarət alıb. Yaralı Respublika Yanıq Mərkəzinə aparılıb.

Hazırda partlayışın səbəbləri araşdırılır.






Fikirlər