Politoloq Zəfər Quliyev vəfat etdi

Politoloq Zəfər Quliyev vəfat etdiTanınmış politoloq Zəfər Quliyev bu gün səhər saatlarında ürəktutmasından Tiflisdə vəfat edib.

Bu barədə Musavat.com-a Z.Quliyevin çalışdığı Minval.az saytının təsisçisi Rauf Arifoğlu xəbər verib.

Baş redaktorun sözlərinə görə, Zəfər Quliyev rahatsızlığı səbəbi ilə Tiflisə, ağır əməliyyata yola salınmışdı.
Ancaq Tiflisdə həkimlər ona əməliyyatın riskli olduğunu bildirərək Bakıya dönməyi tövsiyə ediblər. Zəfər Quliyev bu gün səhər ürək damarlarının tıxanması səbəbindən dünyasını dəyişib.


Qeyd edək ki, 62 yaşlı Zəfər Quliyev ölkənin tanınmış politoloqlarından və ictimai-siyasi xadimlərindən biriydi.

Allah rəhmət eləsin!






Fikirlər