Rəsul Quliyev Arif Hacılını istefaya çağırdı

Rəsul Quliyev Arif Hacılını istefaya çağırdıEks-spiker Rəsul Quliyev Müsavat Partiyasında keçirilən qurultayın nəticələrinin ləğv edilməsini, Arif Hacılının istefaya getməli olduğunu bildirib.

Azvision.az xəbər verir ki, R.Quliyev Arif Hacılının başqan kimi talantsız olduğunu deyərək Müsavat rəhbərliyinin xalqı aldatdığını bildirib: “Mənə Müsavat Partiyası başqanları ilə birlikdə heç 100 il də lazım deyil. Məni Azərbaycanın gələcəyi maraqlandırır.
Əgər Müsavat Partiyası sözün əsl mənasında ölkədə demokratiya uğrunda mübarizə aparmaq istəyirsə qurultayının qərarlarını ləğv etməlidir, gənclərin ,yəni 40 yaşa qədər , sayının ən azı 50 faiz təşkil etdiyi qurultay nümayəndələri seçməlidir. Bu qurum özünə yüksək intlektual ,xarizmatik və talantlılardan idarə heyyəti yaratmalıdır. Ancaq belə olsa bu partiyanın gələcəyi ola bilər. Az savadlı , talantsız bir adam başqanlığa gətirilib”.






Fikirlər