1 dollar 1 manat 5 qəpik oldu !!!

1 dollar 1 manat 5 qəpik oldu !!!Mərkəzi Bankın bu gün səhər törətdiyi “manat zəlzələsi” Bakının demək olar ki, bütün valyutadəyişmə məntəqələrinin işini dayandırması ilə nəticələnib.

Virtualaz.org saytının müxbirləri bu dəqiqələrdə paytaxtın mərkəzi küçələrində (Puşkin, 28 may, Zorge, Ü.Hacıbəyov, Dilarə Əliyeva, Bülbül və Azadlıq prospektləri və s.) onlarla valyutadəyişmə məntəqəsində olub. Ayrı-ayrı banklara məxsus bu məntəqələrin heç birində dollar satışı yoxdur. Satıcılar bunu "tərəddüddə olmaları və nəyin necə baş verdiyini hələ anlamadıqları" ilə izah ediblər. Əlavə ediblər ki, bunun müvəqqəti hal olduğuna ümid edirlər. Amma hələlik dollar alıb-satmağı da dayandırıblar. Onlar yuxarıdan - öz banklarının rəhbərliyindən komanda gözlədiklərini də vurğulayıblar.

“Bank of Baku”, “Atrabank”, Nikoilbank” və dgər banklar dollar alqı-satqısını tam dayandırıb. Onlar mübadilədən imtina ediblər.

Müxbirlərimizin verdiyi daha bir xəbərə görə isə bir neçə valyutadəyişmə məntəqəsində dollar mübadiləsnə hazır olublar. Əsasən “Unibank”a məxsus məntəqələr işləyir və dollar da alıb-satırlar. Amma bu qiymətə: alış - 1,029 manat, satış - 1,071 manat.






Fikirlər