HÜSEYN ABDULLAYEV AZƏRBAYCANA GƏTİRİLİB! – RƏSMƏN TƏSDİQLƏNDİ! - VİDEO

 

Sabiq deputat, axtarışda olan iş adamı və bəstəkar Hüseyn Abdullayevin xaricdə tutularaq Azərbaycana gətirildiyi rəsmən təsdiqlənib.

Bu bardədə məlumatı Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş H.Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. H. Abdullayev hazırda istintaq olunur.

Xatırladaq ki, bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu azadlığa buraxdılar. 2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.Sonra H.Abdullayev Azərbaycanı tərk edərək, Almaniyaya sığındı.2013-cü ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

***

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Bu məlumat yayılandan sonra, özəl mənbələrdən musavat.com belə bir dəqiqləşdirilməmiş  məlumat alıb  ki, H. Abdullayevin saxlanaraq, Bakıya gətirilməsi əməliyyatını Azərbaycan DİN həyata keçirdib.

Digər məlumata görə, Hüseyn Abdullayev istirahət və biznes məqsədləri üçün tez-tez Türkiyə Respublikasında olurdu. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, bütün yay tətillərini Ağ dəniz sahillərində keçirdirdi.

VIDEO






Fikirlər