Hüseyn Abdullayevin atası vəfat etdi

 

img1692230Mühacirətdə olan sabiq millət vəkili Hüseyn Abdullayevin atası Abbas Abdullayev dünyasını dəyişib. Müsavat.com xəbər verir ki, bu barədə Almaniyada yaşayan soydaşımız Fərrux Məmmədov Facebook-da yazıb.
Bu barədə Hüseyn Abdullayev özü də fb-də status yazıb: “Əziz dostlarım! Sizə məlumat vermək istəyirəm ki, rejimin ailəmə qarşı tətbiq etdiyi uzun müddətli təziqlərdən sonra, atam Abdullayev Abbas dünən öz dünyasını dəyişib. Onun ölümünə əsas səbəb isə mövcud hakimiyyətin ata-anamın ölkədən çıxmasına qoyduğu qanunsuz qadağadır.”
H.Abdullayev qeyd edir ki, 10 il əvəvl əməliyyat keçirən atası xaricdə intensiv müalicə alırmış, ancaq son vaxtlar onun xaricə getməsinə əngəl törədilib.






Fikirlər