İCTİMAİ Teleradionun YENİ RƏHBƏRİ kimdir? - DOSYE

İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Bu barədə İTV-nin Yayım Şurasından məlumat verilib.
Bildirilib ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı Şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

 Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Balakişi Qasımov kimdir?
AzerTaym.az-ın məlumatına görə, B.Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub. “Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.
O, orta təhsili Bakı şəhərindəki 1 saylı orta məktəbdə alıb. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.
2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olub. "Kim? Harda? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdu. 
Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

 






Fikirlər