BAYTARLIQ XİDMƏTİNİN RƏİSİ “VURULDU” – İNAM KƏRİMOV sərəncam imzalayıb

azer

Kənd təsərrüfatı naziri İnam Kərimov, gözlənildiyi kimi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisini işdən azad edib. “Report” xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İman Kərimov sərəncam imzalayıb.

Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.

Yada salaq ki, İnam Kərimov nazir təyin olunandan az sonra Baytarlıq Xidmətini yoxlatdırmış, nəticədə xidmətin fəaliyyətində çox ciddi korrupsiya faktları üzə çıxmışdı. Bu səbəbdən A.Süleymanovun vəzifəsindən azad olunacağı gözlənilirdi.






Fikirlər