BAKIDA zavod ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - FOTO (YENİLƏNDİ

Bakıda zavod ərazisindəki yanğın söndürüldü - FOTO

Bakının Binəqədi rayonunda Bakı Poladəritmə Zavodunun ərazisində yanğın söndürülüb.

FHN-dən bildirilib ki, ilkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb. (apa)

***

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

AzerTaym.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.






Fikirlər