Bakıda binada yanğın - VİDEO/ YENİLƏNİB

Bakıdakı yanğın söndürülüb.

AzerTaym.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  Nərimanov rayonunda ümumi sahəsi 30 m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 ***
13:25 
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olub. 
 Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək. 
 
 






Fikirlər