Qaralov həbs olunan prokurorun YERİNƏ ONU TƏYİN ETDİ

Qaralov həbs olunan prokurorun yerinə onu təyin etdi

İsmayıllıya yeni prokuror təyin edilib.

AzerTaym.az apa-ya istinadən məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifova İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

T. Yusifov buna qədər baş prokurorun böyük köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib. Ü. Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupiya ittihamı ilə həbs ediliblər.






Fikirlər