Sorosun 7 milyard dollarlıq fırıldağı üzə çıxdı

Sorosun 7 milyard dollarlıq fırıldağı üzə çıxdıAmerikalı milyarder, məşhur birja maxinatoru və “rəngli inqilablar”ın sponsoru Corc Sorosun 7 milyard dollarlıq vergidən yayındığı üzə çıxıb.
"AzerTaym.az" bildirir ki,Virtualaz.org saytının məlumatına görə, Soros Amerika qanunvericiliyindəki boşluqdan yararlanaraq uzun illər vergi ödəməyib. O, müştəri ödəmələrindən vergiləri ödəmək əvəzinə onları yenidən özünün investisiya fonduna yatırım kimi qoyub.

“Fox News” telekanalının xəbərinə görə, nəticədə Soros 7 milyard dollar həcmində vergidən yayınıb və vergi orqanları bu vəsaiti ondan almaq üçün prosedurlara başlamağa hazırlaşır.

Amerika vergi qanunvericiliyindəki bu boşluq bir neçə il ərzində mövcud olub. Lakin 2008-ci ildə Konqres bu boşluğu aradan qaldırıb və ondan istifadə edənlərə vergi borclarını 2017-ci ilədək ödəmək üçün vaxt qoyub.

“Bloomberg” agentliyi isə hesablayıb ki, Soros bu boşluqdan istifadə edərək 13,3 milyard dollar qazanıb. Ekspertlərdən biri bu situasiyada tətbiq edilən vergi mexanizmini analiz edərək Sorosun 6,7 milyard dollar vergi ödəməli olduğunu hesablayıb.

Lakin agentlik müəyyən edib ki, Soros vergi qanunvericiliyindəki boşluğun aradan qaldırılmasından az əvvəl aktivlərini İrlandiyaya köçürüb. Bununla da vergilərdən yayınmaq üçün yeni imkan əldə edib. Bununla belə vergi hüquqşünasları Sorosun 2017-ci ilədək milyardlarla dollarlıq vergi borcunu ödəməkdən necə yayınacağını bilmirlər.






Fikirlər