Yağmurlu hava şəraiti davam edəcək...

Yağmurlu hava şəraiti davam edəcək...Mayın 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

"AzerTaym.az" xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 16-20° isti olacağı gözlənilir. Mayın 6-8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.






Fikirlər