11.03.2014. - Bu gün yağış yağacaq

11.03.2014. -  Bu gün yağış yağacaqBu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, temperatur gecə 4-6°, gündüz 9-14° isti, Bakıda gecə 4-6°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə isə martın 12-si axşamadək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin martın 12-si axşam və 13-də atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi və havanın temperaturunun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir
.






Fikirlər