«Titanik»in bəstəkarı təyyarə qəzasında öldü...

«Titanik»in bəstəkarı təyyarə qəzasında öldü...«Titanik», «Avatar» və başqa məşhur filmlərin bəstəkarı James Horner iyunun 22-də Kaliforniyada təyyarə qəzasında ölüb.

Bu barədə xəbəri «The Hollywood Reporter» yayıb. Qəza James Horner-in sürdüyü kiçik təyyarədə Santa-Barbaranın şimalından 100 km məsafədə baş verib. Qəzanın nədən qaynaqlandığı barədə məlumat verilmir.

Köməkçisi 61 yaşlı bəstəkarın ölümünü təsdiqləyib: «Biz böyük ürəkli və inanılmaz istedadlı gözəl bir insanı itirdik». Ştat rəhbərliyi Horner-in adına qeydiyyatda olan təyyarənin yerə çırpıldığını, amma pilotun şəxsiyyətinin hələ dəqiqləşdirilmədiyini açıqlayıb.

«Titanik»in bəstəkarı təyyarə qəzasında öldü...Horner 1998-ci ildə James Cameron-un «Titanik» filminə yazdığı musiqiyə görə iki nominasiyada «Oscar» alıb. Filmin sauntreki «Sony Classical» kompaniyasının buraxdığı alboma daxil olub və bu albom 27 milyon tirajla bütün dünyaya yayılıb.
Sözlərini Will Jennings-in yazdığı «My Heart Will Go On» mahnısını kanadalı müğənni Celine Dion oxuyub.​ (azadliq.org)







Fikirlər