103 təcili tibbi yardım TƏBİB-in əlindən alındı - Səhiyyə Nazirliyi də İŞƏ QOŞULDU...

103 təcili tibbi yardım TƏBİB-in əlindən alındı - Səhiyyə Nazirliyi də işə qoşuldu

 103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyində olacaq.

 "AzerTaym.az" ypx.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün dövlətin bir səhiyyə qurumunun digərinə yardım etməsini tapşırıb.

Bu tapşırıq müvəqqəti xarakter daşıyır. Pandemiya dövründə bəzi polikliniklara metodiki tövsiyələr Səhiyyə Nazirliyi tərəfindən veriləcək.


Qeyd edək ki, "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və poliklinikalar bu ilin əvvəlindən TƏBİB-in tabeliyindədir.






Fikirlər