Məcburi köçkünlərin aksiyası - ƏTRAFLI

 Yataqxanaya sığınmış köçkünlər ev istəyir

Bura Hindistan, Somali, nə də ki, bombalanmış Suriya deyil. Neft ölkəsinin paytaxtı olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən məcburi köçkünlərin yaşadığı yataqxanalardır.

 "AzerTaym.az" bildirir ki, Qarabağ döyüşlərində öz evlərindən məcburi köçkün düşmüş insanlar illərdir burada yaşayır. Bu binaların bir neçəsi bir neçə dəfə yanıb. Uçuq-sökük binalarda sanitariyadan danışmağa dəyməz. Ailələr illərdir buradan köçürülmələrini gözləyir. 

Burada yaşayan bir sıra ailələrə "Qobu Park"lardan ev verilib. Lakin bir çox ailələr evlərin düzgün bölüşdürülmədiyini iddia edərək buna etiraz edir. Bir sıra ailələrə isə ümumiyyətlə ev verilməyəcək. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yerli mətbuata açıqlamasında sakinlərin iddialarının əsassız olduğunu və bir sıra ailələrin onlara ev verilməsi üçün tələblərə uyğun gəlmədiklərini deyib.

Bu açıqlama ilə razılaşmayan ailələr isə aylardır müxtəlif vaxtlarda etiraz aksiyaları keçirirlər.

 

 






Fikirlər