NƏRİMANOV rayon gəncləri “APREL DÖYÜŞLƏRİ” şəhidlərini yad etdilər - FOTOLAR

Nərimanov rayon gəncləri “Aprel döyüşləri” şəhidlərini yad etdilər - Fotolar

Şanlı “Aprel döyüşləri”ndən beş il keçir. Bununla əlaqədar olaraq 02 aprel 2021-ci il tarixdə “Aprel döyüşləri”nin şəhidləri Mahir Mirzəyevin və Fəxrəddin Qurbanovun məzarları ziyarət edilib.

 "AzerTaym.az" Nərimanov Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən bildirir ki,ziyarətdə şəhid ailələri,   Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Tahir İbrahimov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və rayonun fəal gəncləri iştirak ediblər.  

Ziyarət zamanı həm də 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb. Qazanılan Şanlı Qələbəyə, o cümlədən şəhid ailələri və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub

Onu da qeyd edək ki, şəhid ailələri və qazilərə Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

 

Nərimanov rayon gəncləri “Aprel döyüşləri” şəhidlərini yad etdilər - Fotolar

 

Nərimanov rayon gəncləri “Aprel döyüşləri” şəhidlərini yad etdilər - Fotolar

 

 

Nərimanov rayon gəncləri “Aprel döyüşləri” şəhidlərini yad etdilər - Fotolar

 

 

 






Fikirlər