Azərbaycan Ordusunun hərbçisi minaya düşərək həlak oldu - Yenilənib

Azərbaycan Ordusunun hərbçisi minaya düşərək həlak oldu - Yenilənib

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

 "AzerTaym.az" bildirir ki, bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

“Report”un məlumatına görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.






Fikirlər