Bərdədə 5 hektar ərazinin ağacları kəsildi - Araşdırma başladı (VİDEO)

Bərdədə 5 hektar ərazinin ağacları kəsildi - Araşdırma başladı (VİDEO)

Bərdə rayonunda meşəlik ərazidə sözün əsl mənasinda ekoloji terror törədilib.

 

 "AzerTaym.az" Xezerxeber.az-a istinadən xəbər verir ki, 5 hektarlıq ərazidə cavan və çoxillik ağaclar kəsilib. Ağaclarin kəsildiyi yerdə isə şum işləri aparılıb. Doğranan ağacların budaqları gövdələri daşınaraq meşənin bir hissəsinə toplanıb.

Rayon sakini Orxan Yusifov iddia edir ki, ağaclar bir neçə gündür kəsilib və bu, bir neçə istiqamətdə həyata keçirilib.

Meşədə ağacların kütləvi kəsilməsi faktını Bərdə Regional Meşə təsərrüfatı Mərkəzindən də təsdiqləyiblər.

Qurumdan bildirilib ki, sözü gedən ərazidə ağacların kəsilməsi mülki şəxs tərəfindən həyata keçirilib. Kəsilən ağacların yerində şum işləri aparılıb.

Faktla bağlı adiyyatı üzrə məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətinin rəsmisi Bəhruz Məmmədov bildirib ki, ağacların Agdam rayon sakini Həsən Həsənov tərəfindən məhv edildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib edilib. Araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:







Fikirlər