Narkotikin təsiri altında 15-ə yaxın maşını əzən sürücü belə tutuldu - ANBAAN VİDEO

 

Bakıda yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü 15-ə yaxın avtomobili əzib.

“AzerTaym.az” bildirir ki, hadisə yanvarın 30-u Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib.

3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan “Opel Astra” markalı avtomobilin sürücüsü DYP-nin qanuni tələbinə qəsdən tabe olmayaraq hərəkətini davam etdirib. Həmin şəxs avtomobili tıxacda qalmış digər nəqliyyat vasitələrinin arasına sürərək ümumilikdə 15-ə yaxın avtomobilə ziyan vurub və sükan arxasından düşərək qaçıb. Ətrafdakı şəxslərin və polislərin köməyi ilə onu tutmaq mümkün olub.

İlkin məlumata görə, hadisəni törədən şəxs narkotik vasitənin təsiri altında olub.

 






Fikirlər