Ailə üzvlərini baltalamaqda şübhəli bilinən Əhmədin həbs olunma VİDEOSU

Ötən gün bakıda ailəsinin 5 üzvünü baltalayaraq öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovun görüntüləri yayılıb.

Bu barədə "report"un teleqram kanalı paylaşım edilib.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.






Fikirlər