"Problemi deyəndə, deyirlər ki `bizə pul ayırmırlar, ancaq Qarabağa ayırırlar`..." - GİLEY

Xaçmazda sakinlər yerli icra hakimiyyətinin fəaliyyətsizliyindən, özbaşınalığından giley edir. Dia-az.İnfo xəbər verir ki, bu barədə vətəndaşlar adından edilən müraciətdə də qeyd olunur.

Sakinlər yazır: " "Sizin işiniz kabinet işi olmamalıdır" Bu sözləri Prezident İlham Əliyev Elnur Rzayevi ilk dəfə Xaçmazın başçısı kimi qəbul edəndə demisdi. Görünür Prezidentin bu tapşırığı da digər tapşırıqlar kimi havada qaldı. Xaçmazda vəziyyət gündən-günə pisləşir. Yollarımız darmadağın, işıqlarımız, suyumuz problem içində...

Bu hələ şəhərin mərkəzində belədir. Kəndlər nə gündədi bir Allah bilir, bir də o kəndlərdə yaşayan biz sakinlər... Bizim başçı da ancaq kabinetə gəlir, ordan da evə. Hər həftədə bir dəfə kəndlərə gedir, onda da müəllimləri, idarə isçilərini yığıb qəbul kecirir. Eyni sözləri deyir, qaçır gedir kabinetinə.

Bir dəfə də Xaçmazın küçələrinə çıxıb gəzib baxmır. Sağında-solunda oturan işçiləri də guya müavindilər.... Özü kimi yalnız kabinet müavinləri. Başçıları necə... özləri də elə. Bir dəfə də olsun adam içinə çıxıb camaatla maraqlanmırlar.

Rayonda ümumiyyətlə, əsaslı hec bir is görülmür. Problemi də deyəndə, deyirlər ki bizə pul ayrılmır... ancaq Qarabağa ayrılır. Yaxşı pul ayrılmırsa bu qədər imkan bunlar da hardandır?"

Dia-az.İnfo






Fikirlər