Xalq şəhidlərini anır - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür.

“Qafqazinfo”nun məlumatına görə, hazırda şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də rəsmilər II Şəhidlər xiyabanını ziyarət edir.

Qeyd edək ki, 2023-cü il sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində sentyabrın 19-da təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etdiyini bəyan edib.

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.





















Fotolar:Pərvin Zeynal






Fikirlər