Sənubər Nəzərovaya yeni vəzifə verildi ...
Sənubər Nəzərova “Veysəloğlu” Şirkətlər Qrupunda Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. “AzerTaym.az” bildirir ki, bu barədə qurumun mətbuat katibi Məhəmmədəli Qəribli məlumat verib. O qeyd edib ki, S.Nəzərovanın əsas fəaliyyət istiqaməti şirkətin PR strategiyasını idarə etmək və korporativ tədbirlərin təşkilindən ibarət olacaq. Xatırladaq ki, S. Nəzərova bu təyinatdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi kimi fəaliyyət göstərib.