Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Binəqədi Rayonu Şöbəsi orduya yararsız şəxsi zorla hərbi xidmətə yollamaq istəyir. Gununsesi.info xəbər verir ki, bu barədə Ramin Nuriyev deyib: “Binəqədi rayon Hərbi Komisarlığını başa sala bilmirik ki, övladım Əşrəf Nuriyevin ayağında yastıpəncəlik var. Dövlət və özəl xəstəxanalarının müayinələrinin nəticələrinə görə uşaq xidmətə tam yararsızdır, amma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Binəqədi RHK Çağırış Şöbəsinin rəisi Nizami müəllimə bunu başa salmaq olmur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinəsini tələb etsək də, komissarlıq bildirir ki, uşaq getsin xidmətə, yararsız olsa, 3 aydan sonra qayıdacaq. Siz Allah, belə şey olar? Bu qədər özbaşınalıq olar? Adama sual verərlər ki, marağın nədir axı?”