İmişlidəki qəzada ölən və yaralanan uşaqların çoxu qızlardı - TƏBİB AÇIQLADI

İmişlidəki qəzada ölən və yaralanan uşaqların çoxu qızlardı - TƏBİB AÇIQLADI

Xəbər verdiyimiz kimi, İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

TƏBİB-dən hadisə ilə bağlı verilən cavabda bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. 

Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub. 

"Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb. 

Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib".






Fikirlər