Bakıda saxlanılan rusiyalı hakim HƏBS EDİLDİ...
Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında Daxili İşlər Nazirliyinin (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. AzerTaym.az APA-ya istinadən xəbər verir ki, sabiq hakimin Bakıda ötən həftə saxlanıldığı bildirilir. Onunla bağlı Xəzər Rayon Məhkəməsində prokurorluğun təqdimatına baxılıb. Yanvarın 24-də Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə Yelena Xaxalyeva barəsində 40 gün müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılıb. Həbs qətimkan tədbiri onun ekstradisiyası ilə bağlı hüquqi prosedurları həyata keçirmək məqsədi ilə seçilib. Rusiya tərəfindən ekstradisiya ilə bağlı zəruri sənədlər təqdim olunandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində Yelena Xaxalyevanın ekstradisiyası məsələsinə baxılacaq.