Bakıda supermarket yandı

Paytaxtın Nizami rayonunda supermarket yanıb.

 

 Azərtaym.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda sahibi məlum olmayan ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli “ARMO STORE” supermarketinin 1-ci mərtəbəsində alçıpandan ibarət tavanı və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanmışdır.

Marketin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.






Fikirlər