QAR YAĞA CAQ...

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtaym.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 750 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.






Fikirlər