SAMİR Şərifovla ƏKBƏR Hacıyev yolun sonunda - ÖZƏL

 

 

Maliyyə naziri manatın dəyərdən düşməsində, Azəriqazın prezidenti isə əhalinin problemlərini həll edə bilməməkdə ittiham olunurlar 

Son devalivasiyadan sonra ölkədəki tarazlıqların bir çoxunun pozulduğu aşkar şəkildə diqqəti çəkir. Politika.az xəbər verir ki, hazırkı məqamda hökumətin içində yaranmış çat, ciddi zərərlər üçün yol açmağa başlayıb. Rəsmi qəzetlərin günahkar axtarışına çıxması və hədəf olaraq nazirlərdən birini seçməsi də təsadüfi sayıla bilməz. 
Samir Şərifovla Əkbər Hacıyev yolun sonunda
Qeyd edək ki, hökumətə yaxın mətbuat orqanlarında əsas hədəf olaraq maliyyə naziri Samir Şərifov götürülüb. Mütəmadi olaraq tənqid edilən nazirə qarşı irəli sürülən dolayı ittiham isə ondan ibarətdir ki, Azərbaycanda devalivasiyanın səbəbkarı odur. 
Samir Şərifovla Əkbər Hacıyev yolun sonunda
Nəzərinizə çatdıraq ki, ikinci hədəfdə olan şəxs isə «Azərqaz»ın prezidenti Əkbər Hacıyevdir. Onun hədəfə gəlməsinə səbəb dövlət başçısının bu yaxınlarda sözügedən şəxsi əhaliyə yaxşı xidmət göstərməməkdə ittiham etməsidir. Sərt formada tənqid edilən Hacıyevin dərhal işdən çıxarılacağı gözlənilsə də, nədənsə bu baş vermədi. Amma mənbələr vurğulayırlar ki, «Azəriqaz»ın rəhbəri yaxın vaxtlarda yola salınacaq.
Samir Şərifovla Əkbər Hacıyev yolun sonunda
Samir Şərifov məsələsinə gəldikdə isə durum bir qədər fərqlidir. Hökumətin bəlli bir siyasəti var və əhalinin gözündə müsbət imic qazanmaq üçün mütləq günahkar axtarışlarına çıxır. İllərdən bəri hər hansı bir problemdə səbəbkar kimi fərdlər göstərilsə də, mahiyyət etibarı ilə baş verənlər siyasi sistemin yanlışlarının nəticəsidir. 
Samir Şərifovla Əkbər Hacıyev yolun sonunda
Politika.az vurğulayır ki, Samir Şərifovun günahı boynundan atmaq üçün atdığı addımlar da çox gülməlidir. Məsələn, nazir özünün açıqlamasında devalivasiyanı qaçılmaz olduğunu desə də, onun heç bir günahının olmadığını vurğulayıb. O qeyd edib ki, ölkənin pullarını oğurladıqlarından dolayı durum indiki şəkil alıb. 
Maraqlıdır ki, ölkənin bütün maliyyə qurumlarına nəzarət edən bir nazirliyin rəhbəri hansı cəsarətlə pulların oğurlandığını dilə gətirir? Axı, bu açıqlamanın özü onu deməyə əsas verir ki, Şərifov yerində olmayan biridir. Bu adama Azərbaycanın bütün maliyyəsi etibar edilib. Və bu etibara rəğmən, ölkədən pul oğurlandığı halları baş veribsə, deməli, maliyyə naziri işinin öhdəsindən gələ bilmir. 
Samir Şərifovla Əkbər Hacıyev yolun sonunda
Digər tərəfdən, əgər ölkənin maliyyə sisteminə nəzarət edən bir nazirin ölkədən pulun oğurlanmasından xəbəri olmayıbsa, deməli, durum daha vahiməlidir və yaxın gələcəkdə həmin vahimə daha da artacaq. 

Qeyd edək ki, istər Samir Şərifov, istərsə də Əkbər Hacıyevin vəziyyəti yetərli qədər kritikdir. Onların işdən çıxarılacağı məsələsinin gündəmdə olduğu deyilir. Amma prosesin bununla yekunlaşmayacağını düşünənlər də az deyil. Onların qənaəti budur ki, hakimiyyət dairələri devalivasiyanın günahkarı qismində Samir Şərifovu həbs edə bilər. Lakin bunun üçün uyğun zamanın seçilə bilməsinin vacibliyi də vurğulanır.

Politika.az






Fikirlər