Yeni «iPHONE SE» təqdim olundu — SÜRPRİZ QİYMƏT

Yeni «iPhone SE» təqdim olundu — SÜRPRİZ QİYMƏT

«Apple» şirkəti özünün yeni smartfonunu təqdim edib. 

Ölkə.Az-ın mədumatına görə, şirkətin rəhbəri Tim Kuk tərəfindən təqdim edilən «iPhone SE» şirkətin sonuncu məhsullarına nisbətən kiçikdir – ekran ölçüsü cəmi 4 düym. Smartfonun ölçüləri «iPhone 5S»i xatırlatsa da, dizaynı «iPhone 6S» kimidir, yəni kənarları ovaldır.

Yeni «iPhone SE» dünyada ən güclü kiçik smartfondur. Burada «iPhone 6»da olduğu kimi, «Apple A9» prosessoru yerləşdirilib. Yəni o «iPhone 5S»dən iki dəfə güclüdür. Smartfonun video oxutma qabiliyyəti isə «iPhone 5S»dən üç dəfə güclüdür. Başqa sözlə, smartfonda ən ağır oyunları və tətbiqləri istifadə etmək mümkün olacaq.

Yeni «iPhone SE»də 12-MP kamera, ikirəngli işıqlandırma, görüntünün emalı üzrə yeni prosessor yerləşdirilib. Bu qurğunun sayəsində telefon vasitəsilə həcmi 63 Meqapikselə çatan panoram şəkillər almaq mümkündür. «iPhone»nun sonuncu yeniliyi olan «canlı şəkillər» də bu telefonda olacaq. Nəhayət, yeni smartfon vasitəsilə 4K video çəkmək mümkün olacaq.

Yeni smartfon hamını öz xüsusiyyətləri ilə yanaşı, qiyməti ilə də təəccübləndirib. 4 düymlük və əla göstəricilərə malik olan smartfon cəmi 399 dollara satılacaq. Bu qiymətlə «iPhone 5SE» hətta indiyədək ən ucuz «iPhone» sayılan «iPhone 5c»dən də ucuzdur. Smartfonun 64- Qiqabaytlıq variantı cəmi 499 dollar olacaq. ABŞ-da isə bu telefon müqavilə ilə pulsuz veriləcək. Yeni smartfonun satışlarına mayın sonundan başlanacaq.

 

 AzerTaym.az






Fikirlər